“Heç kim bu haqda düşünmür, narahat deyillər. Sosial şəbəkələri açırsan yalnız ədəbsizlik, pozğunluq… Baxırsan ki, bütün peşə sahibindən olan insanlar intim münasibətlərdən danışırlar. Siz utanmırsınız? Allah sizə ağıl verib. Hətta TikTok-da arvadlarını çıxardırlar, marça-marça yemək yeyirlər”.
Dərgi.az xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə instaqramda paylaşdığı videoda deyib. Sənətçi sosial şəbəkədə ədəbsizliyin baş almasından gileylənib:
“Siz utanmırsınız? Abrınız yoxdur? Siz insansınız, Allah sizə ağıl verib. Ayıb deyil? Hətta TikTok-da arvadlarını canlı yayıma qoşub, oyun çıxardırlar, marça-marça yemək yeyirlər. Arvad hesabına pul qazanırlar, adlarını kişi qoyublar, amma arvad çörəyi yeyirlər. Bu xalq yanıq deyil, abırlıdır. Lakin çoxları üçün adı qalıb, özü yoxdur. Hər şey olar insana, amma çox şey olmaz. Bu, müasirlik deyil. Əgər bu müasirlikdirsə, qoy, biz “çuşka” olaq, eybi yox. Şəxsən mən utanıram. Başqa ölkələrdə azərbaycanlı olduğunuzu deyəndə bizi utandırmayın.
Ay kişilər, sözüm sizədir. Nə qədər iplərini boş buraxsanız, arvadlarınızı evdə tapmayacaqsınız. Başa düşürəm ki, arvad çörəyi yeyirsiniz. Siz də bir şey yeməlisiniz. Bu, bəzilərinə aiddir. Allah sizi bizə çox görsün, ay pozğunlar, ədəbsizlər. Pozğunluq etmək olar, amma dörd divar arasında. Sosial şəbəkədə yox. Çünki olmazlar var”.
Şərhlər