Azərbaycanlı müğənni Dilarə Kazımova Sevda Ələkbərzadənin məşhur “Hisslərim dumanda” mahnısını yeni aranjimanda ifa edib.

Dergi.az xəbər verir ki, mahnının sözləri və musiqisi Sheyh Ree (Şəhriyar Ramazanzadə) tərəfindən yazılıb. Yeni aranjimanı isə Anar Keytarman hazırlayıb.

“Hisslərim dumanda” mahnısını ilk dəfə Əməkdar artist Sevda Ələkbərzadə səsləndirib. Dilarə Kazımovanın versiyası sənətçinin rəsmi “YouTube” kanalında və rəqəmsal platformalarda yayımlanıb.

XƏBƏRİN VİDEOSU