Azər Aydəmir bu mövsüm tamaşaçı qarşısına aparıcı kimi çıxacaq.

Musavat.com xəbər verir ki, tanınmış aktyor yeni layihə ilə tamaşaçıların qarşısına çıxacaq.

Sənətçi “Kinobox” adlı proqramın aparıcısı olacaq. Verilişdə kino və televiziya dünyası, yeni ekran əsərləri, aktyorlar və sənət gündəmi ilə bağlı müxtəlif mövzulara yer veriləcəyi gözlənilir.

Proqram “Space TV”də yayımlanacaq.