Hollivud ulduzu Brad Pitt “Ocean’s 14” filminin çəkilişlərinin 2027-ci ilin sonuna qədər başlamayacağını açıqlayıb.
Dergi.az xəbər verir ki, Pitt bu açıqlamanı “The Further Mis-Adventures of Cliff Booth” filminin Hollivudda keçirilən premyerasında verib. Beşinci “Ocean’s” filmi iyun ayından təxirə salındıqdan sonra gələn ay çəkilişlərə başlanacağı planlaşdırılırdı.
Filmdə Corc Kluni, Pitt, Culiya Roberts, Mett Deymon və Don Çidl rollarını təkrar canlandıracaqlar. Rejissoru Devid Leyç olacaq. Pitt bildirib ki, “Grant və Corc yaxşı ssenari yaza bilirlər”.
Corc Kluni “Ocean’s 14” üçün “əla” ssenarinin olduğunu ilk dəfə 2023-cü ildə açıqlayıb. Culiya Roberts isə Yanvarda Qızıl Qlobus mükafatında “Bəli, ssenarini gördüm. Təəccübləndim, çünki “Hekayə nə olacaq?” dedim. Və yaxşıdır. Yəni, yaxşı olmasa, etməzdik” deyib.
Pitt, “F1: The Movie” adlı məşhur yarış filmi üçün də davam filmini çəkməyə həvəsli olduğunu bildirib.
