Amerikalı aktyor Bruce Willis qızı Tallulah Willis tərəfindən Instagram-da yeni foto ilə gündəmə gəlib.
Dergi.az xəbər verir ki, Tallulah atasının yanında oturduğu və əllərini tutduğu bir fotoşəkil paylaşıb. 71 yaşlı aktyorun pərəstişkarları bu paylaşımı sevgi dolu şərhlərlə qarşılayıblar.
Bruce Willis frontotemporal demans (FTD) ilə yaşayır. Aktyorun ailəsi 2022-ci ilin martında onun afaziya diaqnozu aldığını və aktyorluqdan uzaqlaşacağını açıqlayıb.
Qeyd edək ki, Tallulah, Bruce Willis və Demi Moore-un qızı, avqust ayında musiqiçi Justin Acee ilə evlənib.
