Azərbaycanlı müğənni Çingiz Mustafayev Türkiyənin məşhur sənətçisi Tarkanın “Beni anlama” mahnısını ifa edib.
Dergi.az xəbər verir ki, Çingizin bu ifası sosial mediada böyük marağa səbəb olub. İzləyicilər tərəfindən müsbət qarşılanan ifa yüzlərlə şərh toplayıb.
Çingiz ifasını paylaşarkən uşaqlıq xatirələrini bölüşüb. O, Tarkanın albomlarının çıxmasını səbirsizliklə gözlədiyini və kasetlərin rayona çatmasının uzun müddət aldığını qeyd edib.
Müğənni 25 il sonra bu mahnını yenidən ifa edərək izləyicilərlə bölüşmək istədiyini bildirib.
