Türkiyəli aşpaz CZN Burak kimi tanınan Burak Özdemir 12 yaşlı iranlı musiqiçi Amir ilə görüşüb.

Dergi.az xəbər verir ki, “Ən Gözəl Bağ Sevgidir” şüarı ilə tanınan CZN Burak bu dəfə musiqiçi Amir ilə duyğusal anlar yaşayıb. Amir ona mahnı oxuyub və birlikdə vaxt keçiriblər.

Bu anları izləyənlər aşpaz Özdemiri davranışına görə təbrik ediblər. Amir ilə mahnılar oxuyan və yeməklər hazırlayan Özdemir həmin anları sosial media hesabında video şəklində yayımlayıb.