Hindistanlı rejissor Aditya Dharın “Dhurandhar” filmi Hindistanın Goa şəhərində keçiriləcək 57-ci Beynəlxalq Hindistan Film Festivalının (IFFI) Hind Panorama bölməsini açacaq.

Dergi.az xəbər verir ki, Rişab Şettinin Kannada dilində çəkdiyi “Kantara: A Legend – Chapter 1” filmi də festivalın proqramına daxil edilib.

Festivalda ümumilikdə 25 bədii və 20 qeyri-bədii film nümayiş olunacaq. “Dhurandhar” və “Kantara: A Legend – Chapter 1” filmləri əsas axın kinoları arasında yer alıb.

Festivalın bədii film müsabiqəsi üçün 404 film arasından seçilən 25 film, 12 dildə təqdim olunacaq. Müsabiqə filmləri arasında Tamil, Benqal və Nyishi dillərində olan əsərlər də var.