Türkiyəli aktrisa Dilan Çiçek Deniz sektordakı qonorar bərabərsizliyi ilə bağlı narazılığını ifadə edib.
Dergi.az xəbər verir ki, aktrisa kişi aktyorların daha yüksək qonorar almasını tənqid edərək sektorda kişilərin dominantlığının onu narahat etdiyini bildirib. O, sektora prodüser kimi daxil olmasının səbəblərindən birinin də bu olduğunu vurğulayıb.
Dilan Çiçek Deniz qeyd edib ki, bir çox layihədən imtina edir, çünki qadın tərəfdaşlar artıq kişi baş rollara uyğun seçilməyə başlanıb. Bu səbəbdən beş ildir ki, əsas televiziya sektorunda yer almadığını açıqlayıb.
