Türkiyəli məşhur bloqer Dilan Polat ölkə prezidentini təhqir etmək ittihamı ilə saxlanılıb.

Dergi.az xəbər verir ki, Anadolu Baş Prokurorluğu sosial şəbəkələrdə yayılan video ilə bağlı Polat barəsində araşdırmaya başlayıb.

İttihama görə, bloqerin hərəkətlərinə “prezidenti təhqir etmək” maddəsi üzrə hüquqi qiymət verilir. Araşdırma çərçivəsində Polat ifadə vermək üçün məhkəmə binasına aparılıb.

Lakin prokurorla söhbəti zamanı bloqerin səhhətində problem yaranıb. Bundan sonra məhkəməyə təcili tibbi yardım briqadası çağırılıb.

Qeyd edək ki, Dilan Polat daha əvvəl də narkotik və ya psixotrop maddələr, həmçinin çirkli pulların yuyulması ilə bağlı araşdırma çərçivəsində saxlanılmışdı.