Türkiyəli aktrisa Ebru Şam “Güllər və Günahlar” serialının ikinci mövsümündə Sonay obrazını canlandırmağa başlayıb.

Dergi.az xəbər verir ki, aktrisa serialda iştirak etməyin onu çox sevindirdiyini və üzərindəki məsuliyyətin fərqində olduğunu bildirib. O, reytinqdə birinci yerdə olan seriala yeni nəfəs gətirmək üçün əlindən gələni edəcəyini vurğulayıb.

Sonay xarakteri haqqında danışan Şam, onun həm “gül”, həm də “günah”ı təmsil etdiyini və izləyicilərə həm iş ortağı, həm də vəkil olaraq təqdim ediləcəyini qeyd edib.

Ebru Şam həmçinin Murat Yıldırım və Cemre Baysel ilə işləməyin zövqlü olduğunu və Zeynep obrazına daha yaxın hiss etdiyini bildirib.

Aktrisa Sonay obrazının sosial mediada müsbət qarşılanmasından məmnun olduğunu və bu obrazın “ayaqları yerə möhkəm basan, tutduğunu qoparan bir qadın” olduğunu vurğulayıb.