Böyük Britaniyalı müğənni Ellie Goulding altıncı studiya albomu “I Know Too Much”u sentyabr ayında yayımlayıb.

Dergi.az xəbər verir ki, albomda on mahnı yer alıb və Goulding bu albomu “boşanma albomu” adlandırıb. O, keçmiş həyat yoldaşı, incəsənət dileri Kaspar Jopling ilə münasibətinə toxunduğunu bildirib.

Müğənni, albomun “Black Prada Dress” adlı mahnısını ilk dəfə Radio 1’s Big Weekend 2026-da səsləndirib. O, bu mahnını “həyatımın bir dövrünü qəbul etmək üçün zəruri” adlandırıb.

Ellie Goulding yeni albomunda həmçinin yeni sevgilisi Beau Minniear ilə münasibətinə həsr olunmuş mahnıya da yer verib. “4 Seasons” adlı mahnıda cütlüyün Florensiyada keçirdikləri romantik anlar təsvir olunub.