“Bir gecə yol gedirdim. Kefim yox idi. Radioda Flora xanımın “Baxma, bu qatarın dalınca, baxma” mahnısını səsləndirdilər. Qəribə bir əhvalım var idi, qəmli vəziyyətdə idim. Biri var mahnıya dinləyici qulaq asır, biri də var ki, musiqiçi olaraq müğəninin nəğməsini dinləyirsən. Bu çox fərqli məqamlardır”.

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Kərim Abasov “İncə səhər” verilişində deyib. İfaçı Xalq artisti Flora Kərimovadan danışaraq, bunları əlavə edib:

“Telefonu əlimə alıb Flora xanıma zəng vurdum. Salamsız-kəlamsız dedim ki, belə mahnı oxumaq olar, Flora xanım?! Belə oxumaq olmaz. O isə cavabında “Ay can oğlum, hansı mahnını deyirsən?” söylədi. Mən də dedim ki, “Baxma, bu qatarın dalınca, baxma”. Flora xanım isə “Mən onu elə-belə oxumuşam. Dedilər ki, yenə oxuyacaqsan, amma aldatdılar məni, o mahnını bir daha oxumadım. Elə də qaldı” sözlərini söylədi.

Sizin bu mahnını oxumağınıza qulaq asanda insanın ağlı başından çıxır. Anam sağ olanda hər zaman mənə deyirdi ki, bir Flora Kərimovaya, bir də Nisə Qasımovaya qulaq as. Başqa heç kimi dinləmə. Flora xanım elə bir sənətkardır ki, ondan danışsan, bitməz. Qulaq asanda da tüklərin biz-biz olacaq”.

XƏBƏR NÖVÜ:

ŞOU,

Yenilənib: 21:18 23.05.2024