Türkiyəli aktyor Gökberk Yıldırım, “Haysiyet” serialında canlandırdığı Tufan obrazından sonra bu dəfə “Arda ilə Omuz Omuza” proqramında mətbəx macərası ilə ekrana gələcək.

Dergi.az xəbər verir ki, Arda Türkmənin hazırladığı proqramda iştirak edən Yıldırım, yalnız Ardanın səsini dinləyərək və onun təlimatlarını izləyərək eyni yeməkləri hazırlamağa çalışacaq. Bu bölümün gülüş dolu anlarla zəngin olacağı gözlənilir.

Proqram boyunca ikili mətbəxdə “Krep Croque Madame” yeməyini hazırlayacaq. Tarifin hər mərhələsində yaşanan çətinliklər və Yıldırımın reaksiyaları maraqlı anlar yaradacaq.

“Arda ilə Omuz Omuza” proqramı saat 13:45-də Kanal D-də yayımlanacaq.