Azərbaycanlı Əməkdar artist Gülüstan Əliyeva uzun fasilədən sonra “Leyli” obrazı ilə səhnəyə qayıdır.

Dergi.az xəbər verir ki, sənətkarın “Leyli”yə dönüşü noyabrın 14-də Bakı Musiqi Akademiyasının nəzdində Opera Studiyasının Konsert Salonunda baş tutacaq. Gülüstan Əliyeva Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” əsərində Leyli obrazını canlandıracaq.

Tamaşada “Məcnun” obrazını Əməkdar artist Elnur Zeynalov ifa edəcək. Əsərin musiqi rəhbəri və dirijoru Əməkdar incəsənət xadimi Sevil Hacıyevadır.

Gülüstan Əliyevanın “Leyli” obrazına qayıdışı Azərbaycan opera sənəti üçün əlamətdar hadisə olacaq.