Müğənni İradə İbrahimova həyat yoldaşı Ceyhun İzerlə bağlı paylaşımı ilə diqqət çəkib.

Dərgi.az xəbər verir ki, sənətçi həyat yoldaşı ilə birlikdə görüntülərini sosial şəbəkə hesabında yayımlayaraq ona olan sevgisini və qürurunu ifadə edib.

“Sənin uğurun mənim qürurumdur. Yaxşı ki, həyatımı qürur duyduğum bir insanla bölüşürəm” deyə, İ.İbrahimova paylaşımında qeyd edib.

Qeyd edək ki, İradə İbrahimova ilə Ceyhun İzerin iki övladı var.