Gənclərin sevimli müğənnisi Hiss bu dəfə Azərbaycanın ən yaxşı və məşhur ulduzlarının obrazına girib.
Dərgi.az xəbər verir ki, müğənni uzun zamandır üzərində işlədiyi “Best” mahnısının klipini təqdim edib. 22 saat ərzində çəkilən klipdə Hiss şou-biznesin ən məşhur simalarını canlandırıb. Hiss həmin ulduzları “Best” adlandıraraq özünü də onlar sırasında gördüyünü vurğulayıb:
“İşləri ilə viral olmuş insanların obrazının canlandırılmasına dünya praktikasında çox rast gəlmişəm, Biz də komanda olaraq qərara gəldik ki, oxuduğu mahnıları ilə, verdiyi açıqlamaları ilə, səhnədəki obrazı ilə bu gün də yerli şou-biznesə yön verən məşhur simaları canlandırım. Bilirəm ki, hamı bu klipi bir yana yozacaq. Əminliklə deyə bilərəm ki, yaşıdlarım arasında da, özümə xas tərzim ilə mən də o “Best”lər siyahısına daxiləm”.
Qeyd edək ki, mahnının sözləri sənətçinin özünə və FTB-yə (Məqsəd Bəyişov), eləcə də musiqisi FTB-yə məxsusdur. Aranjimanı isə Nihat Məlikova aiddir. Klipin rejissorluğunu da Hiss və PRoMete edib.
Şərhlər