Türkiyəli müğənni Mabel Matizin “Ha Leylim” adlı mahnısı və klipi haqqında “müstehcenlik” ittihamı ilə bağlı aparılan istintaq tamamlanıb.

Dergi.az xəbər verir ki, İstanbul Cumhuriyyət Baş Prokurorluğu tərəfindən hazırlanan iddianamədə, sənətçi haqqında məhkəmə açılması tələb edilib. İddianamədə klipin 3 dəqiqə 51-ci saniyəsindən sonra yer alan görüntülər ittihama əsas olaraq göstərilib.

Bu görüntülərdə açıq məkanda çox sayda insanın olduğu, “damat” rolundakı kişi ilə sarı saçlı və sarı kostyumlu digər bir kişinin görüntüyə girdiyi qeyd edilib. İki kişinin qarşılıqlı rəqs etdiyi və rəqs zamanı qol və omba hərəkətlərini aydın şəkildə istifadə etdiyi ifadə olunub.

Mabel Matiz isə istintaq çərçivəsində verdiyi ifadədə klipdə müstehcenlik içərən hər hansı bir səhnə və ya göndərmə olmadığını müdafiə edib.