Parisdə Moda Həftəsi çərçivəsində Chloe brendinin yeni kolleksiyası nümayiş edilib.
Dergi.az xəbər verir ki, şouya Bred Pittin sevgilisi İnes de Ramon, Klaudiya Şiffer, “Euphoria” serialının ulduzu Mod Apatow, Emma Maki, Teylor Hill, Ernest Heminqueyin nəvəsi Dri, Kler Deyns, Nataşa Lyon, Aleksa Çanq, Ceyn Birkinin qızı Lu Duyon və digər məşhurlar qatılıb.
33 yaşlı İnes de Ramon uzun mavi paltar geyinib. Paltarın kəsimi səbəbindən 62 yaşlı Hollivud aktyorunun sevgilisinin hamilə olduğu iddia edilib. 56 yaşlı Klaudiya Şiffer isə ağ şalvar kostyumunda və boynunda iri bəzəklə iştirak edib. 28 yaşlı Mod Apatow isə toxunma mini paltarda poz verib, Emma Maki isə yarım kürk və klyoş şalvar geyinib.
Əvvəllər Paris Moda Həftəsi çərçivəsində Nataliya Vodianova altıncı övladını dünyaya gətirdikdən bir ay sonra tədbirə qatılıb, Oksana Samoylova isə internetdə geniş müzakirə olunan ailə dramından sonra Gucci partisinə blogerlər Sergey Grey Wiese və İqor Sinyak ilə birlikdə gedib.
