Amerikalı aktrisa Jaime Ray Newman “Hunting Wives” serialındakı Callie Baskin obrazı üçün ilhamını “The Real Housewives of Dallas”dan aldığını açıqlayıb.
Dergi.az xəbər verir ki, Newman “Hunting Wives”in ikinci mövsümünün premyerasında E! News-a verdiyi müsahibədə, obrazı üçün seçmələr zamanı “The Real Housewives of Dallas”ın sevilən siması Momma Dee Simmonsdan təsirləndiyini bildirib.
Aktrisa, əvvəllər reallıq şoularına maraq göstərmədiyini etiraf etsə də, Momma Dee-nin güclü şəxsiyyəti ona Texaslı sosialit obrazını yaratmaqda yardım edib. “Hunting Wives”in ikinci mövsümü 26 noyabrda Netflix-də yayımlanacaq və Callie ilə Maple Brookun digər xanımları öz reallıq şouları “Married Justice”də baş rolda olacaqlar.
48 yaşlı Newman, ssenariləri oxuyarkən, “Tamamilə reallıq şousu moduna keçməliyəm” düşündüyünü qeyd edib.
