Böyük Britaniyalı aktyor Jamie Dornan “Üzüklərin Hökmdarı: Qollumun Axtarışı” filmində Aragorn rolunu canlandıracağını açıqlayıb.
Dergi.az xəbər verir ki, Dornan, bu rolu əvvəlki filmlərdə canlandıran Viggo Mortensen ilə birbaşa danışmadığını bildirib. Lakin Mortensenin onun bu rolda olmasına razılıq verdiyini qeyd edib.
Film 2027-ci il dekabrın 17-də kinoteatrlarda nümayiş olunacaq. Andy Serkis tərəfindən idarə olunan bu layihədə Ian McKellen, Elijah Wood və Lee Pace kimi aktyorlar da yer alacaq.
Dornan, Entertainment Tonight-a verdiyi açıqlamada, bu rolu aldığını öyrəndikdə ağladığını və bunun onun üçün böyük bir şərəf olduğunu vurğulayıb.
