Amerikalı məşhur Kim Kardaşyan, keçmiş əri Kaney Uestlə birlikdə olan 13 yaşlı qızı Northun artan populyarlığı ilə bağlı narahatlığını ifadə edib.

Dergi.az xəbər verir ki, Sunday Times-a verdiyi müsahibədə Kardaşyan, Northun hər zaman diqqət mərkəzində olmaq istədiyini və bu səbəbdən onun layihələrinə məhdudiyyətlər qoyduğunu bildirib. Kardaşyan, “O, hər layihədə iştirak etmək istəyir, amma biz hər şeydə iştirak etməməyə çalışırıq” deyə qeyd edib.

Kim, musiqi məsələsində Kaney ilə yaxşı anlaşdıqlarını və Northun iştirak etdiyi layihələri birlikdə razılaşdırdıqlarını vurğulayıb.

Kardaşyan əlavə edib ki, kiçik uşaqları bəzən ailə realiti-şousunda iştirak etsələr də, əsas süjetlərdə görünmürlər. North isə kameralar qarşısında olmağı daha çox sevir.

North, Kaney Uest və Kim Kardaşyanın böyük qızıdır və musiqi karyerasını inkişaf etdirməkdədir. O, “N0rth4evr” adlı ilk mini-albomunu buraxıb, lakin tur öncəsi konsertlər ləğv edilib.