Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) növbəti konfransı keçirilir. Konfrans çərçivəsində ittifaqın yeni sədrinin seçilməsi gözlənilir.

Dərgi.az  xəbər verir ki, sədr postuna iki namizədin namizədliyi irəli sürülüb.

Bunlar Xalq artisti, aktrisa Şəfiqə Məmmədova və Xalq artisti, tanınmış aktrisa Həmidə Məmməd qızı Ömərovadır.

İclas zamanı namizədlərin təqdimatı və müzakirələrin aparılacağı, daha sonra isə səsvermənin keçiriləcəyi gözlənilir.

Qeyd edək ki, AKİ-nin sədri Xalq artisti Rasim Balayev bu il martın 29-da vəfat edib. Bundan sonra AKİ sədrinin səlahiyyətlərini 81 yaşlı Şəfiqə Məmmədova icra edib. Qurumun katibi olan 52 yaşlı Əli İsa Cabbarovun da namizədliyi irəli sürülmüşdü. Ötən ay isə o, namizədliyini geri çəkdiyini və işdən çıxmaqla bağlı ərizə təqdim etdiyini bildirmişdi.