Türkiyəli aktrisa Melis İşiten 2022-ci ildə baş verən və üç dostunun həyatını itirdiyi faciəvi yol qəzası ilə bağlı vicdan əzabı çəkdiyini etiraf edib.
Dergi.az xəbər verir ki, aktrisa Ayşe Armanın proqramında həmin gecə yaşananları gözyaşları içində danışıb. Bildirilib ki, İşiten o zaman oteldə qalmaq istəmədiyini deyib və bu səbəbdən qəzaya səbəb olan yola çıxıblar.
Qəza 21 noyabr 2022-ci ildə “Baş Belası” oyununun Anadolu turundan qayıdarkən Amasyada baş verib. Qəzada meneceri Tolqa Güleryüz, Özgür Karataş və Burak Topçu həyatını itirib, Ceyhun Fersoy və Sergen Deveci yaralanıb.
Melis İşiten həmin gecə avtomobildə sağ qalan yeganə qadın olub və yaşadığı travmanın təsirindən uzun müddət terapiya alıb. O, qəzadan sağ çıxmasına baxmayaraq, həmin gecəni və itirdiyi dostlarını unutmadığını bildirib.
Aktrisa qəzadan sonra həmin tarixdə yaşananları unutmadığını göstərmək üçün qoluna döymə etdirib.
