Britaniyalı aktrisa Meqan Marklın mətbəxdə yemək hazırladığı foto sosial mediada yayımlanıb.

Dergi.az xəbər verir ki, yeni şəkil Sasseks hersoginyasının “As Ever” markasının hesabında paylaşılıb. Paylaşımda “Şükranlıq mövsümü artıq yaxındadır və bizim mağazada bir neçə sürpriz var” sözləri qeyd olunub.

Qeyd edək ki, Meqan Markl və həyat yoldaşı şahzadə Harri altı illik ABŞ həyatından sonra Böyük Britaniyaya qayıdıblar. Bu dönüşdən sonra Harri kral ailəsindən Meqan qarşısında üzr istəmələrini tələb edib.

Meqan Markl 2018-ci ildə mərhum şahzadə Diananın kiçik oğlu şahzadə Harri ilə evlənib. İki il sonra onlar kral vəzifələrindən imtina edərək ABŞ-a köçüblər.