İtaliyalı aktrisa və model Monika Belluççi 62 yaşında da sağlam və gözəl qalmağın sirlərini açıqlayıb.

Dergi.az xəbər verir ki, Daily Mail-ə istinadən Belluççi keçmiş müsahibələrində pəhriz və həyat tərzi ilə bağlı fikirlərini bölüşüb. Aktrisa sağlam qidalanma, su içmə, cinsi əlaqə və gülməyi tövsiyə edib. O, həmçinin pasta və şirniyyatları sevdiyini, bəzən bir qədəh şərab və siqaretə də icazə verdiyini bildirib.

Belluççi metabolizmini aktiv saxlamaq üçün gündə beş dəfə qidalanır və Aralıq dənizi pəhrizinə üstünlük verir. Onun pəhrizində tərəvəzlər, meyvələr, yağsız protein, qoz-fındıq və avokado yer alır.

İdmanla bağlı isə model intensiv məşqlərdən çox pilates və üzgüçülüyə üstünlük verir. O, “Həmişə dolğun qadın olmuşam, heç vaxt arıq olmamışam. Bu mənim təbiətimdir” deyib.

Monika Belluççi yaşlanmaqdan qorxmadığını və bu prosesi ləyaqətlə qəbul etdiyini də vurğulayıb.