Amerikalı müğənni Teylor Svift MTV Video Music Awards 2026-da “The Fate of Ophelia” klipi ilə ilin videosu mükafatını qazanıb.

Dergi.az xəbər verir ki, ilin sənətçisi mükafatına Madonnanın layiq görüldüyü açıqlanıb. İlin mahnısı isə BTS-in “Swim” əsəri seçilib.

Ən yaxşı yeni sənətçi kateqoriyasında Sienna Spiro qalib gəlib. Ən yaxşı pop ifa isə LISA və Kentaro Sakaguchi-nin “Dream” mahnısı olub.

Madonna “Confessions II — The Film” ilə bir neçə kateqoriyada, o cümlədən ən yaxşı tammetrajlı video və ən yaxşı albom kateqoriyalarında mükafat alıb.

Ən yaxşı K-pop ifaçısı və ən yaxşı qrup adını BTS qazanıb.