Məşhur aktrisa Melis Sezen narkotik araşdırması çərçivəsində saxlanıldıqdan sonra sərbəst buraxılıb. Onun polisə verdiyi ifadənin təfərrüatları üzə çıxıb.

Dərgi.az xəbər verir ki, Sezen narkotik vasitələrdən istifadə etmədiyini və heç kimə narkotik maddə vermədiyini bildirib.

Aktrisa işlə bağlı dəvətlər istisna olmaqla gecə həyatının olmadığını qeyd edib.

Melis Sezen narkotik vasitələrdən istifadə etmədiyini sübut etmək üçün qan və saç nümunəsi verməyə hazır olduğunu bildirib.

Sezen barəsində irəli sürülən iddiaların harada, nə vaxt və kimə qarşı törədildiyi ilə bağlı hər hansı konkret məlumatın olmadığını da qeyd edib.

Aktrisa ifadəsi zamanı aylıq orta gəlirinin 400 min türk lirəsi olduğunu da bəyan edib.