Mayın 22-də Mədəniyyət Nazirliyində “Molla Nəsrəddin. Çətin günlərimin dostu” adlı tammetrajlı bədii film layihəsinin hazırlıq prosesi ilə əlaqədar görüş keçirilib.
Dergi.az xəbər verir ki, görüşdə TÜRKSOY-un baş katibi Sultan Raev, filmin quruluşçu rejissoru Xalq artisti Vaqif Mustafayev və digər qonaqlar iştirak ediblər.
Sultan Raev qeyd edib ki, filmin çəkilişləri yaxın aylarda Azərbaycanla yanaşı, Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstanda aparılacaq. Ekran əsəri qardaş türk xalqları arasında kinematoqrafiya sahəsində körpü rolunu oynayacaq.
Nazir filmin ərsəyə gəlməsi üçün göstərdiyi dəstəyə görə TÜRKSOY-a və qurumun baş katibi Sultan Raevə təşəkkürünü bildirib. Türk dünyasından tanınmış aktyorların iştirakı ilə layiqli bir ekran işinin çəkiləcəyinə əminlik ifadə olunub.
Qeyd edək ki, TÜRKSOY-a üzv ölkələrin Mədəniyyət Nazirləri Daimi Şurasının ötən ilin oktyabrında Şuşada keçirilən 40-cı iclasında qardaş respublikaların dəstəyi ilə “Molla Nəsrəddin. Çətin günlərimin dostu” adlı tammetrajlı bədii filmin birgə istehsalı qərara alınıb.
Qeyd edək ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, türk respublikalarının birgə iştirakı ilə “Molla Nəsrəddin. Çətin günlərimin dostu” adlı tammetrajlı bədii film çəkiləcək.
Şərhlər