Rusiyalı aparıcı Dmitri Dibrov son müsahibələrindən birində tez-tez gənclik sirləri barədə soruşulduğunu açıqlayıb. Bu marağa görə o, öz həyatına dair realiti şou başlatmağa qərar verib.

Dergi.az xəbər verir ki, jurnalist Otar Kuşanaşvili həmkarının sözlərinə təəccüblə yanaşıb və Dibrovun öz yaşından daha gənc göründüyünü iddia etməsini tənqid edib.

Kuşanaşvili “Kakovo?!” adlı YouTube şousunda ironiya ilə bildirib ki, Dibrovun 66 yaşında 46 yaşında göründüyünü deməsi gülüncdür.

Jurnalist əlavə edib ki, aparıcının şəxsiyyətinə maraq o qədər böyükdür ki, o, pərəstişkarlarının suallarına cavab verməkdə çətinlik çəkir. Dibrov bu problemi həll etmək üçün öz həyatına dair realiti şou başlatmağa qərar verib.

Dmitri Dibrov isə jurnalistlərlə söhbətində şəfaçı Anatoli Kaşpirovski nümunəsinin onu yenidən ata olmağa ilhamlandırdığını etiraf edib.