ABŞ-lı məşhur Paris Hilton Parisdə keçirilən The BoF 500 gala gecəsində iştirak edib.
Dergi.az xəbər verir ki, Paris Moda Həftəsi çərçivəsində baş tutan bu tədbir dünya moda sənayesinin ən nüfuzlu 500 şəxsinə həsr olunub. Paris Hilton Annie’s Ibiza markasından olan yarımşəffaf geyimdə qırmızı xalçada görünüb.
Tədbirdə Hiltonun bacısı Niki Hilton, Evelina Xromçenko, Tina Kunaki, Haydi Klum və Olya Karput da iştirak ediblər. Səhnəyə çıxan digər məşhurlar arasında hamilə olan müğənni Siara da yer alıb.
Paris Moda Həftəsi çərçivəsində başqa tədbirlər də baş tutub. Məsələn, Chloe markasının nümayişində Gvinet Paltrov və Kris Martinın qızı debüt edib.
