Amerikalı komediya ustası Pete Davidson keçmiş sevgilisi Ariana Grande haqqında susqunluğunu pozub.

Dergi.az xəbər verir ki, Davidson Variety jurnalına müsahibəsində Grande’nin son zamanlarda ictimai təzyiqlərə məruz qaldığını vurğulayıb. O, “Bu heç də yaxşı deyil. O, həqiqətən güclü bir insandır və bunun öhdəsindən gəlməyi bacarır” deyə bildirib.

Davidson, Grande ilə əlaqələrinin yaxşı olduğunu, lakin aktiv ünsiyyətdə olmadıqlarını qeyd edib. O, Grande’ni “çox istedadlı və möhtəşəm bir qız” adlandırıb.

Ariana Grande isə “Eternal Sunshine” turunun sonunda ictimai həyatdan geri çəkiləcəyini açıqlayıb. Müğənni Chicago’da konsert zamanı bu qərarını pərəstişkarlarına izah edib.

Grande, “Bu qərar ani və ya impulsiv deyil, uzun müddət əvvəl düşünülmüş bir plandır” deyə bildirib. O, pərəstişkarlarına sevgi dolu bir mesaj verərək, “Bu tur mənim həyatımın ən müalicəvi və xüsusi təcrübəsi olub” deyə əlavə edib.