Böyük Britaniyalı musiqiçi Phil Collins Rock & Roll Şöhrət Zalına daxil edilərkən duyğusal çıxış edib və böyük alqışlarla qarşılanıb.
Dergi.az xəbər verir ki, Collins səhnəyə çıxarkən hərəkət məhdudiyyətləri və digər sağlamlıq problemləri səbəbindən iki ədəd dayaqdan istifadə edib. Tamaşaçılar arasında qızı, aktrisa Lily Collins də olub.
Blink-182 qrupunun davulçusu Travis Barker Collins-i təqdim edərək onun 1980-ci illərdəki uğurlarına diqqət çəkib. Collins isə çıxışında “həyatının gözlənilməz hadisələrlə dolu olduğunu” bildirib.
Collins, Genesis qrupunun üzvü kimi artıq Şöhrət Zalında yer alıb, lakin bu dəfə solo karyerasına görə təltif olunub.
Oprah Winfrey isə mərhum R&B müğənnisi Luther Vandrossu təqdim edərək onun sevgi mahnılarının “maestro”su olduğunu vurğulayıb. Vandross 2005-ci ildə vəfat edib.
