Amerikalı hip-hop qrupu Wu-Tang Clan və məşhur Queen Latifah Rock and Roll Hall of Fame-ə daxil edilib.
Dergi.az xəbər verir ki, Los Ancelesdəki Peacock Teatrında keçirilən mərasimdə həmçinin Fil Kollinz, Joy Division/New Order və mərhum Luther Vandross da musiqi dünyasının bu prestijli məkanına daxil edilib.
Wu-Tang Clan qrupu öz hitləri “C.R.E.A.M” və “Wu‐Tang Clan Ain’t Nuthing ta F’ Wit” ilə çıxış edib. Qrup üzvü Method Man səhnədə “Biz radioya qadağan olunandan Rock and Roll Hall of Fame-ə gəldik” deyib.
Queen Latifah və MC Lyte də daxil olmaqla qadın hip-hop sənətçiləri gecədə çıxış ediblər. Megan Thee Stallion və Remy Ma da onlara qoşularaq qadınların rapdəki irsini vurğulayıb.
Fil Kollinz, Blink-182 qrupunun nağaraçısı Travis Barker tərəfindən təqdim edilib. Kollinz səhnəyə iki əsa ilə çıxıb və “Məni son dəfə görmədiniz, buna söz verirəm” deyib.
