Amerikalı aktyor Pit Devidson müğənni Ariana Qrandeni müdafiə edib.
Dergi.az xəbər verir ki, 32 yaşlı aktyor keçmiş sevgilisinin tənqid olunmasını görməyin ona xoş olmadığını etiraf edib. Devidson bildirib ki, Ariana çox güclü insandır və bütün bunların öhdəsindən necə gələcəyini bilir.
Xatırladaq ki, müğənni “Petal” mahnısına çəkilən yeni klipdə həddindən artıq arıq görünməsi səbəbilə anoreksiyadan əziyyət çəkməkdə şübhəli bilinmişdi. Pərəstişkarları onun səhhəti ilə bağlı ciddi narahatlıq keçirmişdilər.
