Galler Prensesi Diana və amerikalı aktyor John Travolta 1985-ci ildə Ağ Evdə keçirilən baloda rəqs edərək tarixin unudulmaz anlarından birini yaşadı.
Dergi.az xəbər verir ki, həmin rəqsin gerçəkləşməsi üçün müəyyən çətinliklər yaşanıb. Ronald Reagan Prezidentlik Vəqfi və İnstitutunun mədəni proqramlar üzrə məsul şəxsi Melissa Giller açıqlamasında bildirib ki, Travoltanı Diana ilə rəqs etməyə razı salmaq üçün onu bir qədər təşviq etmək lazım olub.
Travolta əvvəlcə tərəddüd etsə də, sonunda Prensesi rəqsə dəvət edib və onlar “Saturday Night Fever” filmindən musiqilər eşliğinde 15 dəqiqə boyunca rəqs ediblər.
Travolta daha sonra verdiyi müsahibələrdə həmin gecəki rəqsin onun üçün nə qədər xüsusi olduğunu vurğulayıb və Prenses Diana ilə rəqs etməyin həyatının ən gözəl anlarından biri olduğunu qeyd edib.
