Azərbaycanlı aparıcı Rəvan Rəd uzun illərdən sonra yenidən televiziya ekranlarına qayıdır.

Dergi.az xəbər verir ki, Rəvan Rəd Space TV-də həftəsonu səhər verilişinin aparıcısı olacaq. Veriliş şənbə və bazar günləri, saat 08:00-dan 10:00-dək yayımlanacaq.

Radio dinləyicilərinə “Rəvan Əmi” kimi tanınan aparıcı, televiziya fəaliyyətinə yenidən start verir. O, yeni layihəsində aktual mövzular və maraqlı qonaqlarla tamaşaçıların qarşısına çıxacaq.