Amerikalı televiziya siması Rob Kardashian qızı Dream ilə nadir bir foto paylaşaraq onun ad gününü qeyd edib.
Dergi.az xəbər verir ki, Rob Kardashian noyabrın 10-da 10 yaşını tamamlayan qızı Dream üçün xüsusi bir foto yayımlayıb. Fotoda Rob Dodgers kepkası və Nike köynəyi geyinərək Dream ilə birlikdə poz verib.
Rob həmçinin qızının leopar naxışlı ad günü tortunu və xüsusi günündə tac taxdığı anları da göstərib. “Ad günü əyləncəsi, səni sevirəm Dreammmmmmmmmm,” – Rob Instagramda yazıb.
Dream’in anası Blac Chyna da bu xüsusi anı qeyd edərək Rob’un paylaşımına “✨Dreamy & Daddy✨” şərhini yazıb.
Rob Kardashian son zamanlarda diqqətdən uzaq qalsa da, oktyabr ayında bacısı Kim Kardashian’ın 46-cı ad günündə iştirak edib.
