Müğənni Roza Zərgərli türk mediasına müsahibə verib.
Dərgi.az xəbər verir ki, sənətçi duet ortağı Emre Altuğla bərabər TV100, “Show” TV kimi məşhur telekanalların kamerası qarşısına keçib.
Onlar birgə duetlərindən və tanışlıqlarından söz açıblar. R. Zərgərli E. Altuğu 2004-dən bəri izlədiyini deyib:
“Erol Günaydın Emre beyin klipində rol almışdı. O vaxtdan bir sənətçi kimi izləyirdim, sevirdim. Səsini, duruşunu, tipajını bəyənirdim. Gözəl sənətçi ola bilərsən, amma mənim üçün insanlıq daha önəmlidir. Duet ortaqlarımın hamısı işini bilən, kübar insanlardır, gözəl ailə başçılarıdır”.
Rusiyada qonaq olduqları proqramda rəqslərinin viral olduğunu deyən sənətçilər mahnılarının ərsəyə gəlməsindən bəhs ediblər.
E. Altuğ Rozanın daha öncə sözügedən proqrama dəvət edilsə də, getmədiyini bildirib:
“Rusiyanın birinci kanalında 30 ildir yayımlanan proqramda tanış olduq. Roza ora daha əvvəl çağırılıb, birincidə qonaq Burak Özçivit imiş, işi ilə bağlı gedə bilməyib. Yenidən dəvət edilib, qonaq Can Yaman imiş, Rozada getmək yenə alınmayıb. Onlar da elə biliblər ki, türk qonaqlara qarşı belə edir. Ona görə üçüncü dəfə qonağın kim olduğunu deməyiblər. Onda da gələ bilib və qonaq mən olmuşam”.
