Türkiyəli aktrisa Serenay Sarıkaya Paris Moda Həftəsi çərçivəsində tədbirlərdə iştirak etmək üçün Fransaya səfər edib.

Dergi.az xəbər verir ki, məşhur aktrisa tədbirlərdən əvvəl Parisin Disneyland əyləncə parkını ziyarət edib.

Serenay Sarıkaya parkda keçirdiyi əyləncəli anları sosial media hesabında izləyiciləri ilə bölüşüb. Aktrisa üzünə çəkdirdiyi rəngarəng boyalarla çəkilən şəkilləri böyük maraqla qarşılanıb.

Serenay Sarıkaya çocuksu və şən halları ilə izləyicilərindən müsbət rəylər alıb.