Los-Ancelesdə MTV Video Music Awards 2026 mükafatlandırma mərasimi keçirilib. Tədbirdə Madonna, Teylor Svift, Lisa, Charli XCX, Dakota Conson, Peris və Niki Hilton, Snup Doqq, Emma Banton, Yung Lean və sevgilisi, “Drakula” filminin ulduzu Zoi Blu, Teyana Teylor və digər məşhurlar iştirak edib.

Dergi.az xəbər verir ki, mərasimin aparıcısı Snup Doqq olub, gecənin əsas ulduzu isə 68 yaşlı müğənni Madonna olub. O, 23 ildən sonra ilk dəfə VMA-da çıxış edib və “İlin artisti” və “Ən yaxşı albom” (Confessions II) daxil olmaqla yeddi mükafat qazanıb.

“İlin videosu” nominasiyasında mükafatı Teylor Svift The Fate of Ophelia klipi ilə qazanıb. 36 yaşlı ulduz həmçinin Artist Director Honors xüsusi mükafatını alan ilk şəxs olub və bu, onun VMA tarixində ən çox mükafat alan artist olmasına kömək edib.

“İlin mahnısı” nominasiyasında mükafatı BTS qrupunun Swim mahnısı qazanıb, “Ən yaxşı yeni artist” isə Sienna Spiro seçilib.