Britaniyalı rok qrupu The Darkness, Rock N Roll Circus festivalında baş çıxış edəcək.
Dergi.az xəbər verir ki, 2027-ci il avqustun 22-də baş tutacaq konsert Norfolkda, Earlham Parkında keçiriləcək.
Qrupun solisti Castin Hokins, BBC Radio Norfolk-a açıqlamasında bu konserti “evə dönüş” kimi qiymətləndirib. O, ilk dəfə canlı konsertini 1991-ci ildə Norwichdə izlədiyini bildirib.
The Darkness, festivalın üçüncü ilində Blossoms və Kaiser Chiefs kimi məşhur qruplarla eyni səhnəni bölüşəcək.
Hokins, “mümkün qədər yüksək səslə çıxış etməyi” planlaşdırdıqlarını qeyd edib.
