Türkiyəli aktyor Tolqa Sarıtaş İstanbulun Yeniköy səmtində iş adamı Öndər Öztarhan ilə birgə görüntülənib.
Dergi.az xəbər verir ki, aktyor səhərin erkən saatlarında Öztarhan ilə bir məkanın terasında səmimi söhbət edərkən obyektivlərə tuş gəlib. Onların gülərüz və dostcasına halları ətrafdakı insanların diqqətini çəkib.
Tolqa Sarıtaş jurnalistləri gördükdə gülümsəyərək onları salamlayıb. Onun bu jesti müsbət enerji olaraq qiymətləndirilib.
Aktyorun bu görüşü, iş adamı ilə olan əlaqələri barədə müxtəlif pərdəarxası söhbətlərə səbəb olub.
