Türkiyəli aktrisa Tuba Büyüküstün və həmkarı Beren Saat arasında illərdir davam edən rəqabət iddialarına son qoyulub.
Dergi.az xəbər verir ki, Tuba Büyüküstün “Sultana” filmindəki Meral obrazı ilə diqqət çəkdikdən sonra Beren Saatin paylaşdığı mahnını bəyənməsi sosial mediada geniş müzakirələrə səbəb olub. Bu hərəkət, aktrisanın pərəstişkarları tərəfindən zəriflik nümunəsi kimi qiymətləndirilib.
Dünən axşam jurnalistlərin suallarını cavablandıran Tuba Büyüküstün, Beren Saat ilə aralarında heç bir zaman rəqabət olmadığını vurğulayıb. Aktrisa, “Sektorda qadınlar daim bir-birinə rəqib göstərilir. Beren də mən də bu mövzuda heç danışmadıq, çünki belə bir şey yox idi. Bu, tamamilə magazinin daha çox oxunması üçün uydurulan bir hekayə idi,” deyə bildirib.
Sosial media istifadəçiləri və hər iki aktrisanın sadiq pərəstişkarları Tuba Büyüküstünün bu olgun davranışını “gerçək qadın həmrəyliyi” adlandıraraq tərifləyib.
