Türkiyəli rejissor və ssenarist Savaş Satışın yeni filmi ‘Ateş’ 9 oktyabr tarixindən etibarən kinosevərlərlə görüşəcək.

Dergi.az xəbər verir ki, film, qardaşının şübhəli ölümü sonrası ədalət axtarışına çıxan bir zabitin hekayəsini ekrana gətirir. Baş rolda Savaş Satışın özü ilə yanaşı Bora Cengiz, Caner Erdem və Ayşe Tunaboylu yer alır.

Xüsusi Qüvvələrdə xidmət edən Binbaşı Ateş, qardaşı Başkomissar Alinin şəhid edilməsi ilə həyatında böyük dəyişikliklər yaşayır. O, hadisənin arxasındakı qaranlıq sirləri və sualları aydınlaşdırmaq üçün hərəkətə keçir.

Filmin ssenarisi güclü psixoloji qatlarla diqqət çəkir və tamaşaçıları ədalət hissi ilə intiqam arzusu arasındakı incə xətti sorğulayan mənəvi bir səyahətə çıxarır.

Streamzy Film Yapım tərəfindən istehsal olunan ‘Ateş’, aksiyon və gerilim dolu səhnələri ilə Türkiyə üzrə kinoteatrlarda nümayiş olunacaq.