Honkonqlu musiqiçi Vong Ka Kui haqqında “Because of You Ka Kui” sənədli filmi Böyük Britaniyada keçiriləcək Odyssey Film Festivalının açılışını edəcək.
Dergi.az xəbər verir ki, Honkonq rejissoru Rosa Panqın çəkdiyi film, Beyond qrupunun mərhum solisti Vong Ka Kuirin həyatına və musiqi karyerasına nəzər salır. Film, Vongun yaxınları və həmkarları ilə müsahibələr, nadir konsert görüntüləri və əvvəllər yayımlanmamış arxiv materialları ətrafında qurulub.
Vong Ka Kui 1993-cü ildə Yaponiyada baş verən qəza nəticəsində 31 yaşında vəfat edib. Buna baxmayaraq, qrupun mahnıları yeni nəsillər tərəfindən dinlənilməyə davam edir.
“Because of You Ka Kui” filmi Odyssey festivalında sentyabrın 28-dən oktyabrın 10-dək müxtəlif kinoteatrlarda və onlayn nümayiş olunacaq. Festivalın bu ilki mövzusu #Moda olaraq seçilib.
Odyssey festivalının bədii direktoru Hiu Man Çan bildirib ki, Beyond qrupu musiqi, imic və üslubla Asiya mədəniyyətinə təsir edib və bu səbəbdən film festivalın açılışında çox mənalıdır.
