Rusiyalı müğənni Yuliya Saviçeva həyat yoldaşı Aleksandr Arşinovdan boşanmasını ilk dəfə ictimaiyyətə açıqlayıb.
Dergi.az xəbər verir ki, “Yandeks Musiqi: Raspakovka 2026” mükafat mərasimində Saviçeva boşanmanın həyatının ən çətin dönəmlərindən biri olduğunu deyib. O, “Mən səni sevmirəm” adlı mahnısında bu barədə hər şeyi ifadə etdiyini bildirib.
Müğənni göz yaşları ilə boşanmanın öhdəsindən gəldiyini və bəzən də sərt içkilərlə təsəlli tapdığını qeyd edib. O, həmçinin psixoloqa müraciət etdiyini və onunla işləməyə davam etdiyini vurğulayıb.
Yuliya Saviçeva və Aleksandr Arşinov 2014-cü ildə evlənib və 2017-ci ildə Anna adlı qızları dünyaya gəlib. Arşinovun təxminən dörd il əvvəl Portuqaliyaya köçdüyü və orada valideynləri və qızı ilə yaşadığı bildirilir.
Saviçeva isə Rusiyada çıxışlarını davam etdirir və konsertlər arasında qızını ziyarət edir. Onlar hər gün videobağlantı vasitəsilə əlaqə saxlayırlar.
