Aktrisa Zarina Qurbanova 1 İyun – Beynəlxalq Uşaqlar Günü münasibətilə tələbələri ilə maraqlı kompozisiya hazırlayıb.

Dərgi.az  xəbər verir ki, sənətçi sosial media hesabında balaca tələbələri ilə ərsəyə gətirdiyi xüsusi kompozisiyadan görüntülər paylaşıb.

Paylaşımında müəllimlik fəaliyyətindən bəhs edən aktrisa bunları yazıb:

“1 İyun – Beynəlxalq Uşaqlar Gününə özəl balaca tələbələrimlə belə bir kompozisiya qurduq. Bir müəllim üçün ən böyük xoşbəxtlik uşaqların gözlərindəki marağı, sevinci və uğuru görməkdir. Bu həyəcanı onlarla birlikdə yaşamaq və yaratmaq mənim üçün ayrı bir zövqdür”.

Zarina Qurbanova bütün uşaqların bayramını da təbrik edib:

“Bütün uşaqların bayramı mübarək olsun! Qoy hər bir uşaq sevgi, qayğı və xoşbəxtlik içində böyüsün”.

 

XƏBƏR NÖVÜ:

MANŞET, ŞOU,

Yenilənib: 14:49 01.06.2026