Türkiyənin məşhur sənətkarı Zeki Müren 1980-ci ildə Parisdə keçirdiyi estetik əməliyyat öncəsi yazdığı vəsiyyətnamə ilə diqqət çəkib.
Dergi.az xəbər verir ki, Müren əməliyyat öncəsi anası Hayriye Mürenə bir məktub yazaraq, əməliyyatdan çıxa bilməmə ehtimalını nəzərə alaraq, mal varlığının necə dəyərləndirilməsini istədiyini açıq şəkildə ifadə edib.
Sənətçi məktubunu yaxın dostu Erkan Özermana təhvil verərkən, yazdıqlarının öz iradəsini əks etdirdiyini və huşunun yerində olduğunu xüsusilə qeyd edib.
Mürenin ən diqqətçəkən istəyi onun adına bir fondun yaradılması olub. O, ölüm halında maddi varlığının “Müren Fondu” adı altında toplanmasını və ehtiyacı olan insanların sağlamlıq problemlərinin həlli üçün istifadə edilməsini istəyib.
Əməliyyat 8 saat davam edəcəyi gözlənilərkən, sonradan 5,5 saat davam etdiyi bildirilib. Müren əməliyyatdan sağ çıxaraq Türkiyəyə qayıdıb və dəyişən görünüşü ilə uzun müddət müzakirə mövzusu olub.
