Məşhur türkiyəli müğənni Zeki Mürenin illər əvvəl estetik əməliyyatdan öncə yazdığı vəsiyyət məktubu üzə çıxıb.

Dergi.az xəbər verir ki, 1980-ci ildə Zeki Müren üzündə geniş dəyişikliklər etmək üçün Parisə gedib. Onun əməliyyatını fransız həkim Dr. Rudolphe Troque həyata keçirib. Troque o dövrdə Elizabeth Taylor və Sophia Loren kimi məşhurlarla da çalışıb.

Zeki Mürenin seçdiyi əməliyyat sadə bir müdaxilə olmayıb. Üz nahiyəsinə gerilmə əməliyyatı tətbiq edilib, dəri qulaq arxasına və saç diblərinə doğru çəkilib. Həmçinin, gıdı nahiyəsinə də müdaxilə edilib. Bu əməliyyat təxminən 8 saat davam edib.

Əməliyyat tarixi yaxınlaşdıqca Zeki Mürenin narahatlığının artdığı və əməliyyat zamanı həyatını itirmək ehtimalını düşündüyü bildirilir. O, çox bağlı olduğu anasına əməliyyat öncəsi bir məktub buraxıb və əməliyyatdan çıxmamaq ehtimalına qarşı maddi varlıqları ilə bağlı arzusunu ifadə edib.

Zeki Müren, həyatını itirəcəyi təqdirdə varlıqlarının ehtiyac sahiblərinə çatdırılmasını istəyib.